Avstriyanın Linz şəhərində keçirilən "Qran-pri" turnirinin ikinci günündə Azərbaycan cüdoçuları daha iki medal qazanıblar.
Apasport.az xəbər verir ki, hər iki medal 81 kq çəki dərəcəsində əldə edilib.
Vüsal Qələndərzadə gümüş, Ömər Rəcəbli bürünc mükafata layiq görülüb. Vüsal zədələndiyi final görüşündə Adilet Almata (Qazaxıstan) məğlub olub. Ömər isə üçüncü yer uğrunda qarşılaşmada finlandiyalı Eetu İhanamakiyə qalib gəlib.
Xatırladaq ki, ötən gün Ruslan Paşayev (66 kq) yarışın qalibi olmuşdu.
Hesabında bir dəst medal olan Azərbaycan 59 ölkə arasında ümumi komanda sıralamasında üçüncü, kişilər arasında isə birinci pillədə qərarlaşıb.
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
- Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının rəsmi loqosu təqdim olunub
- Yardımlıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək