Nizami İmranov dünya çempionatında mübarizəni dayandırdı - YENİLƏNİB
05.10.2026 - 11:36
Nizami İmranov dünya çempionatında mübarizəni dayandırdı - YENİLƏNİB

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvləri mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, 66 kq çəki dərəcəsində Turan Bayramov 1/32 finalda Finlandiya təmsilçisi Luukas Sahaya məğlub olaraq mübarizəni dayandırıb.

Eyni çəkidə Nizami İmranov 1/32 finalda Gürcüstan cüdoçusu Vaja Marqvelaşvilini məğlub etsə də, növbəti mərhələdə rusiyalı Ramazan Abdullayevə uduzaraq mundialla vidalaşıb.

Qeyd edək ki, ilk yarış günündə Əhməd Yusifov 60 kq çəki dərəcəsində qızıl medal qazanaraq dünya çempionu olub.