Bolqarıstanın paytaxtı Sofiya şəhərində yeniyetmə cüdoçular arasında keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan idmançıları müəyyənləşib.
Apasport.az xəbər verir ki, yarışda ölkəmiz 14 çəki dərəcəsində 10 oğlan və 9 qız cüdoçu ilə təmsil olunacaq.
Oğlanlar arasında Bahadur Feyzullayev, Məhəmmədəli Hüsiyev (50 kiloqram), Nihad Məmişov (55 kiloqram), Nihad Rəhimov (60 kiloqram), Səlim Soltanov (66 kiloqram), Cəsur İbadlı (73 kiloqram), Mehdi Abbasov, Əli Qazıməmmədov (hər ikisi 81 kiloqram), Hüseyn Eyvazlı (90 kiloqram) və Sübhan Axundov (+90 kiloqram) qüvvəsini sınayacaq.
Qızların mübarizəsində isə Xədicə Abdullayeva (40 kiloqram), Leyla Ələkbərova, Nərmin Məmmədli (hər ikisi 44 kiloqram), Diana Eldarova, Nuranə Hacızadə (hər ikisi 48 kiloqram), Vüsalə Hacıyeva, Aysun Məmmədova (52 kiloqram), Aytən Verdiyeva (57 kiloqram) və Mələk Bayramlı (70 kiloqram) tatamiyə çıxacaq.
Qeyd edək ki, cüdoçular iyunun 27-29-da fərdi, iyunun 30-da isə komanda yarışlarında iştirak edəcəklər.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal