Qusarda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
24.06.2026 - 10:44
İyunun 26-da Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Qusarda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə ACF-dən məlumat verilib.
Qusar Olimpiya İdman Kompleskində baş tutacaq imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.
Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal
0
0