Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Avropa çempionatında uğurlu nəticə qazanan cüdo yığmamızı təbrik edib.
Apasport.az xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində paylaşım edib.
Federasiya rəhbəri bildirib ki, Azərbaycan idman əyarına görə, Avropa çempionatları tarixində ən yaxşı nəticəyə imza atıb: "Xorvatiyada keçirilən Avropa çempionatında Elcan Hacıyev Avropa çempionu olub. O öz çəki dərəcəsində bu titula sahib olan ilk azərbaycanlı kimi tarixə düşüb. Medal əyarına görə Azərbaycan indiyədək Avropa çempionatında ən yaxşı nəticə göstərib. Komandamızı bu turnirdə qazandığı parlaq qələbələr münasibətilə təbrik edir və uğurlarının davamlı olmasını arzulayıram!".
Qeyd edək ki, millimiz Xorvatiyanın paytaxtı Zaqrebdə 2 qızıl və 1 gümüş medal qazanıb.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal