Şəfəq Kərimova mübarizəni dayandırdı
04.10.2026 - 12:34
Şəfəq Kərimova mübarizəni dayandırdı

Bakıda cüdo üzrə dünya çempionatı keçirilir.

Apasport.az xəbər verir ki, Azərbaycan cüdoçusu Şəfəq Həmidova mübarizəni erkən dayandırıb.

48 kq çəki dərəcəsində yarışan idmançı 1/32 finalda madaqaskarlı cüdoçu Nataşa Razafindrakaloya uduzub.

Qeyd edək ki, turnir oktyabrın 11-nə qədər davam edəcək. Azərbaycanı 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək.