20–22 mart tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə Böyük Dəbilqə turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan nüfuzlu yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçiləri – Elçin İsmayılov, Robert Kravçik; qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın başçılığı altında 7 çəki dərəcəsində 11 cüdoçu (6 kişi, 5 qadın) ilə təmsil olunacaq.
Üç gün davam edəcək turnirdə 52 ölkədən 406 idmançı (250 kişi, 156 qadın) mübarizə aparacaq.
Dünya Turu seriyasında keçirilən yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
- "İstedadların seçimi" yarışının II turu başa çatıb
- Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
- Polşaya 19 cüdoçu ilə yollanırıq
- Cüdo üzrə yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək
- Cüdoçularımız Linz Qran-Prisini 4 medalla başa vurub