Təmsilçilərimizdən beynəlxalq turnirdə iki medal
18.05.2026 - 10:34
Təmsilçilərimizdən beynəlxalq turnirdə iki medal

Azərbaycanın yeniyetmə cüdolçuları Rusiyanın Xabarovsk şəhərində Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iki medal qazanıblar.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.

Yarışda 5 idmançı ilə təmsil olunan komanda 1 qızıl və 1 bürünc medal əldə edib.

Polad Həsənli (81 kq) bütün görüşlərdən qalib ayrılaraq qızıl medala yiyələnib. Zaməddin Bağırov (66 kq) yarışı bürünc mükafatla başa vurub.

Turnirdə 13 ölkədən 300-dək cüdoçu mübarizə aparıb.