Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan təmsilçisi yarımfinala yüksəlib.
Apasport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə Hindistan, Gürcüstan, Qazaxıstan və İsraildən olan rəqiblərinə qalib gəlməklə, həlledici mərhələnin bir addımlığına yaxınlaşıb.
O, yarımfinalda Manuel Lombardo (İtaliya) ilə qarşılaşacaq.
Qeyd edək ki, digər təmsilçilərimizdən Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli və Məhərrəm İmamverdiyev (hər ikisi 81kq) məşqçilərin etimadını doğrultmayıblar.
Yarışın ilk günündə cüdoçularımızdan Kamran Süleymanov bürünc medal qazanıb.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal