
Bu gün Paris 2024 Yay Olimpiya Oyunlarından ölkəyə olimpiya çempionu kimi qayıdan Zelim Kotsoyev Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırıb.
Apasport.az həmin qısa müsahibəni oxuyuculara təqdim edir:
- Özünü necə hiss edirsən?
- Özümü necə hiss edə bilərəm ki? Əla. Hələ ki, bir az eyforiyyadayam. Artıq demək olar ki, üç gündür yatmıram. Ona görə də emosiyalarım qarışıqdır. Çox sevindirici haldır ki, bu qədər insan bizi qarşılamağa gəlib. Bundan gözəl nə ola bilər ki? Bu cür qısa da olsa bir zaman periodunda insanlara təbəssüm bəxş etmək həqiqətən gözəldir. Onlar sənin üçün dua edir, narahatlıq keçirir, səni dəstəkləyir və sənə pərəstiş edirlər. Sən isə öz növbəndə onlara çox böyük də olmasa xoşbəxtlik verirsən.
- Siz həm də özünüzə doğum günü hədiyyəsi etmiş oldunuz. Bu, necə duyğudur?
- Bu, izah edilməsi çətin olan bir duyğudur. Bütün həyatın boyu sən ona doğru irəliləyirsən və bir gün sənin xəyalların gerçək olur. Hələ ki, fikirlərimi toplaya bilmirəm və nələr hiss etdiyimi də izah etməkdə çətinlik çəkirəm. Bəli, bir az da elə oldu, özümə gözəl bir doğum günü hədiyyə etmiş oldum.
- Yeniyetmələr arasında Aran-Mil-Muğan bölgəsi üzrə region birinciliyi keçirilib
- Cüdoçularımızdan Qvadalaxara Qran-Prisinin ilk günündə 3 medal
- Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub - FOTO
- Cüdoçularımızın Qvadalaxara Qran-Prisindəki rəqibləri bəlli olub
- Yeniyetmə cüdoçular arasında Bakı birinciliyi start götürüb