“Araz-Naxçıvan”ın ÇL-dəki oyunlarının təqvimi açıqlanıb
09.07.2025 - 11:53
“Araz-Naxçıvan”ın ÇL-dəki oyunlarının təqvimi açıqlanıb

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” qrupunda keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Ölkə çempionu mövsümə “Sparta” ilə oyunla başlayacaq.

27 avqust
19:00. Araz-Naxçıvan – Sparta Belfast (Şimali İrlandiya)

Linz. NMS İdman Sarayı

28 avqust
19:00. PYF Saltires (Şotlandiya) – Araz-Naxçıvan

Linz. NMS İdman Sarayı

30 avqust
21:30. Ljuti Krajişniçi (Avstriya) – Araz-Naxçıvan

Linz. NMS İdman Sarayı

Qeyd edək ki, qrupun oyunları Avstriyada keçiriləcək.