Azərbaycanın uşaq və yeniyetmə badmintonçuları Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi Cup Youth International 2026” beynəlxalq turnirində uğurlu nəticə göstəriblər.
Apasport.az xəbər verir ki, badmintonçularımız üç yaş kateqoriyasında ümumilikdə 5 qızıl, 4 gümüş və 8 bürünc medal qazanıblar.
Qızıl medallara Murad Qarayev – Aidə Qurbanova (U11 qarışıq qoşa), Murad Qarayev – Doğan Ayan (Türkiyə) (U11 oğlanlar qoşa), İsmayıl Qarayev – Zülfüqar Kərimli (U13 oğlanlar qoşa), Ömər Mehdi (U15 oğlanlar fərdi) və Yusif Kamalov – Ömər Mehdi (U15 oğlanlar qoşa) sahib çıxıblar.
Gümüş medalları Murad Qarayev (U11 oğlanlar fərdi), Yusif Kamalov (U15 oğlanlar fərdi), Banu İbrahimli (U15 qızlar fərdi) və Ömər Mehdi – Ayla Zeynalova (U15 qarışıq qoşa) qazanıb.
Bürünc medallara isə Aidə Qurbanova – Melis Demir (Türkiyə) (U11 qızlar qoşa), İsmayıl Qarayev, Zülfüqar Kərimli (U13 oğlanlar fərdi), Dəniz Əhmədli, Lalə İsmayılova (U13 qızlar fərdi), Zülfüqar Kərimli – Dəniz Əhmədli, İsmayıl Qarayev – Lalə İsmayılova (U13 qarışıq qoşa) və Dəniz Əhmədli – Lalə İsmayılova (U13 qızlar qoşa) yiyələniblər.