Azərbaycan kikboksçuları Lavtiyada öz güclərini sınayacaqlar
25.04.2025 - 13:06
Azərbaycan kikboksçuları Lavtiyada öz güclərini sınayacaqlar

Azərbaycan kikboksçuları Latviyada keçiriləcək WAKO (Latvia Open) yarışında ölkəmizi təmsil edəcəklər.

Apasport.az xəbər verir ki, heyətə Azərbaycan Kikboksinq Federasiyasının baş katibi İlkin Məsimzadə rəhbərlik edir.

WAKO gənclər və yeniyetmələr arasında iki qat dünya və Avropa çempionu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısı Rafiq Babazadə (57 kq, K-1), Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin idmançısı Ayxan Həsənov (81 kq, K-1), “Golden Ring” İdman Klubunun idmançısı, WAKO yeniyetmələr arası dünya və Avropa çempionu Oqtay İsmayılov (60 kq, K-1) güclərini sınayacaqlar.

Yığma komandanın məşqçiləri gənclərdən ibarət milli yığma komandanın baş məşqçisi, əməkdar məşqçi Hikmət Hacıyev və məşqçi Orxan Əkbərlidir.

WAKO kateqoriyalı hakim, Azərbaycan Kikboksinq Federasiyasının hakimlər kollegiyasının sədr müavini Aydın Ağabəyov ölkəmizi təmsil edənlər arasındadır.

Qeyd edək ki, qələbə qazanan idmançılar pul mükafatı ilə təltif olunacaqlar.