Azərbaycan kikboksçusu yunan rəqiblə döyüşəcək
19.06.2024 - 17:32
Azərbaycan kikboksçusu yunan rəqiblə döyüşəcək

Azərbaycanın və "Qəbələ" İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirəcək.

Apasport.az xəbər verir ki, 30 yaşlı idmançı "Fight for Honor XII" çərçivəsində qüvvəsini sınayacaq.

"Professor" ləqəbli Nəbiyev Yunanıstan təmsilçisi Kostas Makedoniadislə qarşılaşacaq. Döyüş iyunun 29-da baş tutacaq.

Qeyd edək ki, qarşılaşma Belçikanın paytaxtı Brüsseldə təşkil olunacaq.

0