Azərbaycan parabadmintonçuları dünya çempionatında mübarizə aparacaqlar
08.02.2026 - 14:47
Azərbaycan parabadmintonçuları Bəhreynin paytaxtı Manama şəhərində keçiriləcək dünya çempionatında ilk dəfə iki kateqoriya üzrə mübarizə aparacaqlar.
Apasport.az xəbər verir ki, bunu Milli Paralimpiya Komitəsinin mətbuat xidməti açıqlayıb.
Kişilər arasında İbrahim Əliyev (SU-5) fərdi yarışda qüvvəsini sınayacaq.
Qadınlardan isə Zəhra Salmanlı və Nərmin İsgəndərova (hər ikisi SH-6) həm fərdi, həm də qoşa yarışlarda mübarizə aparacaqlar.
Qeyd edək ki, fevralın 8-dən 14-dək davam edəcək yarışda paralimpiyaçılarımız baş məşqçi Teymur Abbasovun rəhbərliyi altında mübarizə aparacaqlar.
0
0