Azərbaycan təmsilçiləri Türk Dövlətlərinin Xizək Kubokunda iki medal qazanıblar.
Apasport.az xəbər verir ki, yarış Türk Dövlətləri Təşkilatının dəstəyi və Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının birgə təşəbbüsü ilə gerçəkləşib.
Uludağ Dağ Kurortunda keçirilən turnirdə nəhəng slalom növündə medalçılar müəyyənləşib.
26-45 yaş kateqoriyasında qızlar arasında Nataliya Lapşina (Qazaxıstan) birinci, Elvira Zakarayeva (Azərbaycan) ikinci, Buse Terim (Türkiyə) üçüncü olub.
Oğlanlar arasında isə Ceyhun Balametov (Azərbaycan) birinci, Metehan Taşdemir (Türkiyə) ikinci, Talip Gülle (Türkiyə) üçüncü yeri tutub.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi