Azərbaycanlı döyüşçüdən UFC-də inamlı qələbə
16.02.2025 - 11:20
Las-Veqasda "UFC Fight Night" turniri keçirilib.
Apasport.az xəbər verir ki, yarışda Azərbaycanın qarışıq döyüş ustası Nazim Sadıxov da çıxış edib.
ABŞ-də yaşayan həmyerlimizin rəqibi braziliyalı İsmael Bonfim olub.
Nevada ştatında keçirilən döyüşün 1-ci raundundan sonra qalib müəyyənləşib.
Təmsilçimiz rəqibini üstələyib. Nəticədə Bonfimin sağ gözünün görmədiyi müəyyən edilib. Braziliyalı texniki nokaut qərarı ilə məğlub elan edilib.
Qeyd edək ki, Sadıxov indiyədək keçirdiyi 12 döyüşdən 10-da qələbə qazanıb, 1-də uduzub, 1-də də heç-heçə edib.
- Arman Tsarukyandan növbəti nokaut – UFC-də 11-ci qələbə
- Akif Quluzadə yenidən rinqə çıxır – Döyüş Banqkokda olacaq
- Azərbaycanlı döyüşçü UFC müqaviləsi üçün finalda – Rəqibi qırğız olacaq
- Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş medallar qazanıblar
- İan Qerri: “Karyeramın ən yaxşı döyüşünü keçirdim”
0
0