
Serbiyanın Novi Sad şəhərində keçirilən gənclər və yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan millisi 7 medal qazanıb.
Apasport.az xəbər verir ki, gənclər 3 (1 gümüş və 2 bürünc), yeniyetmələr isə 4 mükafat (4 bürünc) əldə ediblər.
Gənclərdə Nicat Rəhimov (64 kq) gümüş, Xudabaxış Əliyev (71 kq), Pünhan Göyüşov (79 kq), yeniyetmələrdə İsmayıl Əlipənahov (53 kq), Nicat Süleymanlı (64 kq), Roman Qarayev (79 kq) və Hacbaba İmaməliyev (+98 kq) bürünc medal qazanıb.
Beləliklə, Azərbaycanın sambo milliləri Avropa çempionatında 10 medal (1 qızıl, 1 gümüş, 8 bürünc) qazanıb. Xatırladaq ki, daha əvvəl böyüklərdən Elvin Bağırov (64 kq) qızıl, Nicat Məmmədli (58 kq) və Rəsul Aydəmirov (98 kq) bürünc medalı boynundan asdırmışdı.
- Pereyra revanş aldı - UFC KƏMƏRİNİ GERİ QAYTARDI
- Millimiz MDB Oyunlarında bürünc medal qazanıb - YENİLƏNİB
- III MDB Oyunları: Azərbaycan millisi bürünc medal qazanıb
- Azərbaycan qılıncoynadanı III MDB Oyunlarında bürünc medal qazanıb - FOTO
- III MDB Oyunları: Daha bir Samboçumuz fəxri kürsüdə yerini alıb