İdmançılarımız qitə çempionatında 12 medal qazandı
29.05.2024 - 21:23
İdmançılarımız qitə çempionatında 12 medal qazandı

Bakı İdman Sarayında qrapplinq üzrə Avropa çempionatı keçirilir.

Apasport.az xəbər verir ki, yarış U-17 və U-20 və böyüklər arasında təşkil olunub.

Azərbaycan idmançıları yarışda artıq 12 medal qazanıblar. Eldar Məmmədov (130 kq) gümüş, Vahid Ələkbərov (58 kq) və Vasif Səfərbəyov (100 kq) bürünc mükafat əldə ediblər.

Çempionatda no-gi versiyasında (kimonosuz) qızlardan ibarət millimizin heyətində Röya Abdullayeva (52 kq) qızıl, Səidə İbişova (43 kq) gümüş, Aysu Əliyeva (43 kq), Leyla Abdullayeva (46 kq) və Fidan Paşayeva (49 kq) isə bürünc medal qazanıblar.

U-17 oğlanlar arasında idmançılarımızdan Taleh Əhmədli (39-42 kq), Elnur Salahov (46 kq) gümüş, Rəvan Ağayev (39-42 kq) və Davud Babayev (46 kq) bürünc medala sahib olublar.

0