
Türkiyənin İstanbul şəhərində keçirilən qılıncoynatmanın sablya növü üzrə 17 yaşadək yeniyetmələr arasında “Cadet Circuit” turniri davam edir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycan millisi də medal qazanıb.
Abbas Hüseynov şəxsi mübarizədə gümüş medala sahib çıxıb. Qrup mərhələsində keçirdiyi bütün görüşlərdə qalib gələn qılıncoynadanımız pley-offda Rumıniya, Misir, Böyük Britaniya, Bolqarıstan və Türkiyəni təmsil edən rəqiblərinə qalib gələrək finala yüksəlib.
O, finalda Türkiyə qılıncoynadanı Yiğit Ayaza 6:15 hesabı ilə uduzaraq "Cadet Circuit"in İstanbulda keçirilən mərhələ yarışında gümüş medala layiq görülüb.
- Pereyra revanş aldı - UFC KƏMƏRİNİ GERİ QAYTARDI
- Millimiz MDB Oyunlarında bürünc medal qazanıb - YENİLƏNİB
- III MDB Oyunları: Azərbaycan millisi bürünc medal qazanıb
- Azərbaycan qılıncoynadanı III MDB Oyunlarında bürünc medal qazanıb - FOTO
- III MDB Oyunları: Daha bir Samboçumuz fəxri kürsüdə yerini alıb