Azərbaycan Kikboksinq Federasiyasının idmançıları Latviyanın Riqa şəhərində keçirilən WAKO (Latvia Open) yarışında 3 qızıl, 1 gümüş medal qazanıblar.
Apasport.az xəbər verir ki, gənclər və yeniyetmələr arasında ikiqat dünya və Avropa çempionu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısı Rafiq Babazadə (57 kq, K-1) gənclər arasında birinci yer, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin idmançısı Ayxan Həsənov (81 kq, 86 K-1) kişilər arasında iki qızıl medal, “Golden Ring” İdman Klubunun idmançısı, dünya və Avropa çempionu Oqtay İsmayılov isə gənclər arasında (60 kq, K-1) gümüş medal qazanıblar.
Ayxan Həsənov Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin məşqçisi Elşən İsayevin tələbəsidir.
Qeyd edək ki, WAKO kateqoriyalı hakim, Azərbaycan Kikboksinq Federasiyasının hakimlər kollegiyasının sədr müavini Aydın Ağabəyov turnirdə verdiyi ədalətli qərarlarına görə ən fəal hakim mükafatına layiq görülüb.
- Arman Tsarukyandan növbəti nokaut – UFC-də 11-ci qələbə
- Akif Quluzadə yenidən rinqə çıxır – Döyüş Banqkokda olacaq
- Azərbaycanlı döyüşçü UFC müqaviləsi üçün finalda – Rəqibi qırğız olacaq
- Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş medallar qazanıblar
- İan Qerri: “Karyeramın ən yaxşı döyüşünü keçirdim”