
“Həqiqətən də Bakı möhtəşəmdir. Azərbaycanda olduğuma görə çox xoşbəxtəm”.
Apasport.az xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC gecəsində ulduz qonaq qismində iştirak edəcək gürcüstanlı MMA döyüşçüsü Merab Dvalişvili jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycan barədə fikirlərini bildirib: “Yeməkləriniz inanılmazdır. Hər kəs mənə xoş davranır. Nazim Sadıqovla birgə Nyu-Yorkda məşq etmişik. Turnirdən öncə Las-Veqasda hazırlıq keçirdik. Nazim üçün oktaqonda sürpriz hazırlamışıq. Bunu indi açıqlamaq istəmirəm. UFC tədbiri Azərbaycan üçün çox önəmlidir. İstəyərdim ki, bu yarış Gürcüstanda da təşkil olunsun. Buna görə şanslısınız. Bütün azərbaycanlı idmançılara döyüş gecəsində uğurlar arzulayıram. Bakıya yarış üçün gələndə az bilet qalmışdı. Tiflis və Batumidə bilet tapmaq olmurdu. UFC-də çıxış edən dörd gürcü idmançı da var. Camal Hill və Halil Rountri əla idmançılardır. Buna görə proqnoz verməkdə bir az çətinlik çəkirəm. Hər ikisinə uğurlar arzulayıram".
Qeyd edək ki, döyüş gecəsi iyunun 21-də Bakı Kristal Hallda təşkil keçiriləcək.