Milli komandamız “Araz-Naxçıvan”a məğlub olub
18.10.2025 - 17:38
Milli komandamız “Araz-Naxçıvan”a məğlub olub

Azərbaycanın futzal millisi yoxlama oyununda qüvvəsini sınayıb.

Apasport.az xəbər verir ki, yığma “Araz-Naxçıvan”ın legionerlərdən qurulmuş heyəti ilə üz-üzə gəlib.

Bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Görüş Naxçıvan komandasının 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.