Millimiz Avropa çempionatında iştirak edəcək
13.02.2026 - 15:37
Millimiz Avropa çempionatında iştirak edəcək

Çimərlik futbolu üzrə Avropa çempionatının B Divizionu Gürcüstanın Batumi şəhərində təşkil olunacaq.

Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

15-19 iyul tarixlərində keçiriləcək yarışda 8 komanda – Gürcüstan, Azərbaycan, Latviya, Qazaxıstan, Belçika, Malta, İngiltərə və Norveç milliləri mübarizə aparacaqlar.

Turnirin reqlamenti və püşkü barədə daha sonra məlumat veriləcək.