Millimiz Bosniya və Herseqovinaya qarşı
26.03.2025 - 10:17
Millimiz Bosniya və Herseqovinaya qarşı

19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, VII qrupda yer alan U-19 Xorvatiyanın Omiş şəhərində Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Ribnjak İdman Sarayında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bosniya və Herseqovina (U-19. Futzal) - Azərbaycan (U-19. Futzal)

26 mart. Ribnjak İdman Sarayı. Saat 19:00

Hakimlər: Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Chita (Rumıniya), Kastriot Gerxhaliu (İsveç)

Timekeeper: Luka Kovač Levantin (Xorvatiya)

Hakim-inspektor: Victor van Helvoirt (Niderland)

UEFA nümayəndəsi: Fabrizio Di Felice  (İtaliya)