Millimiz Bosniya və Hersoqavinaya uduzdu
26.03.2025 - 20:29
Millimiz Bosniya və Hersoqavinaya uduzdu

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas seçmə mərhələsində mübarizəyə başlayıb.

Apasoprt.az xəbər verir ki, yığmamız bu gün ilk oyununu keçirib.

Komandamız Bosniya və Herseqovina ilə qarşılaşıb. Xorvatiyadakı keçirilən qrup mərhələsinin ilk turu millimiz üçün acınacaqlı nəticə ilə yekunlaşıb. Komandamız 2:10 hesabı ilə uduzub.

Qeyd edək ki, qrupun digər oyununda Xorvatiya və Türkiyə üz-üzə gələcək.

AVRO-2025-in əsas seçmə mərhələsi
VII qrup, I tur
26 mart 

19:00. Bosniya və Herseqovina – Azərbaycan - 10:2