
"Bu matça qədər 1 gün istirahət etsək də, yorğunluq özünü göstərdi. Bəzi oyunçularımızda yenə həyəcan var idi".
Apasport.az xəbər verir ki, bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının baş məşqçisi İlqar Aslanov federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
O, komandanın Avropa çempionatının əsas mərhələsinin son oyunundakı çıxışını dəyərləndirib: “Təcrübəsizlik də özünü büruzə verirdi. Xüsusilə də birinci hissədə 2 real qol epizodundan istifadə edə bilmədik. Əvəzində onlar bizə qol vurdular. Ən əsası bu turnir bizə təcrübə qazandırdı. Turnirdə 3 oyun keçirdik və bir heç-heçə etdik. Deyərdim ki, imkanlarımızdan aşağı çıxış etdik. Daha yaxşı nəticə gözləyirdik. Yenə deyirəm, təcrübəsizliyin əziyyətini çəkdik. Komandamızda perspektivli və potensiallı futzalçılar var. Bu cür turnirlərdə təcrübə toplamaqla gələcəkdə A milliyə də yüksələ bilərlər”.
Qeyd edək ki, millimiz qrup mərhələsini sonuncu pillədə başa vurub.