Türkiyənin Bursa şəhərində keçirilən “Khan Fight 6” beynəlxalq peşəkar MMA turnirində Azərbaycan idmançıları uğurlu çıxışla yadda qalıblar.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nihad Quliyev (70 kq) braziliyalı rəqibini ilk raundda vaxtından əvvəl məğlub edərək qələbə qazanıb. Nərmin Əliyeva (52 kq) isə braziliyalı Rak Fiqeyredo üzərində ilk raundda boğucu fəndlə üstünlük əldə edib.
Qeyd olunub ki, rəqib çəki ölçümünü tam başa çatdıra bilmədiyi üçün Nərmin Əliyeva onun 2 kq artıq çəki ilə döyüşməsinə razılıq verib.
Vilayət Zeynalov (66 kq) isə braziliyalı təcrübəli Qilmar Moreyra ilə üç raund davam edən qarşılaşmada mübarizə aparıb və yekunda hakimlərin yekdil qərarı ilə qalib gəlib.
V.Zeynalov göstərdiyi yüksək performansa görə gecənin ən yaxşı döyüşü - “Fight of the Night” bonusuna da layiq görülüb.
- Arman Tsarukyandan növbəti nokaut – UFC-də 11-ci qələbə
- Akif Quluzadə yenidən rinqə çıxır – Döyüş Banqkokda olacaq
- Azərbaycanlı döyüşçü UFC müqaviləsi üçün finalda – Rəqibi qırğız olacaq
- Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş medallar qazanıblar
- İan Qerri: “Karyeramın ən yaxşı döyüşünü keçirdim”