
Azərbaycan parabadmintonçuları Avropa çempionatını 2 gümüş medalla başa vurublar.
Apasport.az xəbər verir ki, 14 yaşlı Zəhra Salmanlı kişi və qadın idmançıların birgə mübarizə apardığı qoşa yarışda (SH-6 kateqoriyası) ingiltərəli komanda yoldaşı Kristen Kumbs ilə bu gün final görüşünə çıxıb.
Onlar ingiltərəli rəqiblərinə 0:2 hesabı ilə məğlub olaraq Avropa çempionatının gümüş medalını qazanıblar.
20 yaşlı parabadmintonçu İbrahim Əliyev də kişi idmançıların birgə mübarizə apardığı qoşa yarışda (SU-5 kateqoriyası) polşalı komanda yoldaşı Bartlomiey Mroz ilə bu gün final görüşünə çıxıb. Onlar fransalı rəqiblərinə 0:2 hesabı ilə məğlub olaraq Avropa çempionatının gümüş medalını qazanıblar.
Qeyd edək ki, milli komandamız 8 parabadmintonçu ilə ilk dəfə qitə çempionatında təmsil olunub.
- İbrahim Əliyev Avropa çempionatında finala yüksəlib
- Parabadmintonçumuz Avropa çempionatının finalında: TARİXDƏ İLK DƏFƏ - FOTO
- Daha bir parabadmintonçumuz AÇ-nin YARIMFİNALINDA
- Yeniyetmə parabadmintonçumuz Avropa çempionatının YARIMFİNALINDA - FOTO
- III MDB Oyunları: Badmintonçularımız bürünc medal qazanıb