
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının qılıncoynatma yarışlarında növbəti mükafatlar sahiblərini tapacaq.
Apasport.az xəbər verir ki, təmsilçimiz Anna Başta 1/8 finalda Olimpiadaların dördqat mükafatçısı Olqa Xarlanla (Ukrayna) üzləşib.
6:15 hesabı ilə uduzan Başta Olimpiadada çıxışını başa vurub.
Qeyd edək ki, Paris-2024-də Azərbaycanın qılıncoynatma millisinin yeganə təmsilçisi A.Başta idi.
***
13:00
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının qılıncoynatma yarışlarında növbəti mükafatlar sahiblərini tapacaq.
Apasport.az xəbər verir ki, qılıncoynadanımız Anna Başta da Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sablyaçımız mükafatlar uğrunda yarışa 1/16 finaldan start verib. Baştanın ilk rəqibi Çin idmançısı Yanq Henqyu olub. Təmsilçimiz 15:9 hesabı ilə qalib gəlib.
O, 1/8 finalda Olimpiadaların dördqat mükafatçısı Olqa Xarlanla (Ukrayna) görüşəcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 16:05-də başlayacaq.
Qeyd edək ki, qadın sablyaçıların mübarizəsi bu gün yekunlaşacaq.
- Pereyra revanş aldı - UFC KƏMƏRİNİ GERİ QAYTARDI
- Millimiz MDB Oyunlarında bürünc medal qazanıb - YENİLƏNİB
- III MDB Oyunları: Azərbaycan millisi bürünc medal qazanıb
- Azərbaycan qılıncoynadanı III MDB Oyunlarında bürünc medal qazanıb - FOTO
- III MDB Oyunları: Daha bir Samboçumuz fəxri kürsüdə yerini alıb