Roman Saleidən dünya çempionatında növbəti medal
22.09.2025 - 16:36
Azərbaycan paraüzgüçüsü Raman Salei (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatının ikinci günündə bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin mətbuat xidməti açıqlayıb.
İdmançı 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulunda 58.17 nəticə ilə üçüncü yeri tutub.
Qeyd edək ki, R.Salei yarışın ilk günündə 100 metr məsafəyə arxasıüstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl medal qazanmışdı.
- Paralimpiyaçımız Avropa çempionatında növbəti gümüş medalını qazanıb
- Azərbaycanlı idmançı fiqurlu konkisürmədə olimpia rekordunu yeniləyib - FOTO
- Ruslan Lunev Avropa Kubokunda qızıl medal qazanıb
- Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
- III MDB Oyunları: Azərbaycan üzgüçülükdə ilk medalını qazandı - FOTO
0
0