
Macarıstanın Sigetsenmikloş şəhərində keçirilən Sumo üzrə Avropa çempionatına yekun vurulub.
Apasport.az xəbər verir ki, yarışın son günündə 4 çəki dərəcəsində təmsilçilərimiz dohyoya çıxıblar.
Onlardan böyüklər kateqoriyasında mübarizə aparan Çingiz Səmədov bürünc medal əldə edib. 100 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan idmançımız ötən il Yunanıstanın Lutraki şəhərində keçirilmiş qitə birinciliyində gümüş medal qazanmışdı.
Qeyd edək ki, 23–25 may tarixlərini əhatə edən Avropa çempionatında Yapon Döyüş növləri və Mədəniyyəti Assosiasiyasının rəhbərliyi altında ölkəmizi 4 sumoçu təmsil edib. U21, U23 və böyüklər kateqoriyaları üzrə təşkil edilən qitə birinciliyində daha əvvəl U23 kateqoriyasında döyüşən Rəsul Məmmədzadə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
- Pereyra revanş aldı - UFC KƏMƏRİNİ GERİ QAYTARDI
- Millimiz MDB Oyunlarında bürünc medal qazanıb - YENİLƏNİB
- III MDB Oyunları: Azərbaycan millisi bürünc medal qazanıb
- Azərbaycan qılıncoynadanı III MDB Oyunlarında bürünc medal qazanıb - FOTO
- III MDB Oyunları: Daha bir Samboçumuz fəxri kürsüdə yerini alıb