Azərbaycanlı UFC döyüşçüsü Tofiq Musayev Bakıda keçirilən "UFC Fight Night Baku" turniri və qarşıdakı döyüşünə hazırlıq prosesi ilə bağlı fikirlərini Apasport.az-la bölüşüb.
Təcrübəli idmançı turnirdə çıxış edən azərbaycanlı döyüşçülər – Tahir Abdullayev, Fərman Həsənov, Nazim Sadıxov və Rafael Fiziyev barədə danışıb.
Tofiq Musayev ölkəni beynəlxalq arenada layiqincə təmsil edən bütün idmançılarla qürur duyduğunu bildirib: “Kim ölkənin bayrağını namusla, vicdanla qaldırırsa, onunla qürur duyuram. Hər bir döyüşçüyə karyerasında uğurlar arzulayıram”.
Təmsilçimiz qarşıdakı döyüşünə hazırlığın plan üzrə davam etdiyini də vurğulayıb: “Hazırlıq yaxşı gedir, şükür Allaha. İnşallah, çəkdiyimiz əziyyət yerdə qalmaz”.
Qeyd edək ki, Tofiq Musayev UFC-də növbətinə döyüşünə avqust ayının 1-də çıxacaq. İdmançı çilili İqnasio Bahamondes ilə qarşılaşacaq.
- Arman Tsarukyandan növbəti nokaut – UFC-də 11-ci qələbə
- Akif Quluzadə yenidən rinqə çıxır – Döyüş Banqkokda olacaq
- Azərbaycanlı döyüşçü UFC müqaviləsi üçün finalda – Rəqibi qırğız olacaq
- Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş medallar qazanıblar
- İan Qerri: “Karyeramın ən yaxşı döyüşünü keçirdim”