Castin Qetji “Ağ ev”də keçirilən UFC yüngül çəki kəməri uğrunda döyüşdə İliya Topuriyaya qalib gəlib.
Apasport.az xəbər verir ki, gərgin keçən titul qarşılaşması dördüncü raunddan sonra dayandırılıb.
Döyüşə daha yaxşı başlayan Qetji ilk raundda üstün tərəf olub.
İkinci raundda gürcü əsilli ispaniyalı döyüşçü Topuriya təşəbbüsü ələ alaraq rəqibinə cavab versə də, üçüncü və dördüncü raundda amerikalı döyüşçü böyük üstünlük qazanıb.
Qetji üçüncü raundda Topuriyanı nokdauna salıb və raundu aşkar üstünlüklə başa vurub.
Dördüncü raunddan sonra isə hakimlər qanlar içində qalan və gözündən ciddi xəsarət alan Topuriyanın döyüşə davam etməsinə icazə verməyiblər.
Beləliklə, Castin Qetji texniki nokautla qalib gələrək UFC-nin yüngül çəki kəmərinə sahib çıxıb.
ABŞ Prezidenti Donald Tramp Castin Qetjini şəxsən təbrik edib. O, döyüşdən sonra yeni çempionla görüşərək qələbə münasibətilə təbriklərini çatdırıb.
Bu nəticə ilə Topuriyanın peşəkar MMA karyerasındakı məğlubedilməzlik seriyası da qırılıb.