Xizək alpinistlərimizdən iki medal
02.03.2026 - 10:50
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil olunan "Türkiye Open Sprint Cup" yarışında uğurla çıxış ediblər.
Apasport.az xəbər verir ki, fevralın 28-dən martın 1-dək keçirilən turnirdə ölkəmizi Abel İsmixanov və Nurid Şəkərəliyev təmsil ediblər.
Yarışın nəticələrinə əsasən, 15 idmançı arasında mübarizə aparan Abel İsmixanov qızıl medala sahib olub.
Digər təmsilçimiz Nurid Şəkərəliyev isə yarışı ikinci pillədə başa vuraraq gümüş medal qazanıb.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi
0
0