FIS erməni xizəkçini Azərbaycan adını örtməsinə görə cəzalandırıb
03.01.2026 - 17:14
İtaliyada keçirilən “Tour de Ski” yarışlarında iştirak edən erməni xizəkçi Mikael Mikaelyan cəzalandırılıb.
Apasport.az xəbər verir ki, buna səbəb idmançının formasında yarışın sponsorlarından biri olan Azərbaycanın adının yazıldığı hissəni örtməsi olub.
Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) bu davranışın yolverilməz olduğunu bildirib. Mikaelyan isə həmin hərəkəti niyə etdiyinə dair açıqlama verməyib.
Qeyd edək ki, sözügedən federasiya Azərbaycanla 5 illik sponsorluq müqaviləsi imzalayıb.

- "Formula 1" yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”
- “Formula 1”: Qaliblər mükafatlandırıldı
- “Formula 1”: Rassell Bakıda çempion oldu
- “Formula 1”: Norris mübarizəni dayandırdı
0
0