“Formula 2”: Kamara Bakıda qalib oldu
26.09.2026 - 12:10
"Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarış başa çatıb.
Apasport.az xəbər verir ki, yürüşə saat 11:00-da start verilib.
"Rodin Motorsport"dan Aleks Dann yenə bütün rəqiblərini geridə qoyub. Lakin onun aktivinə yazılan cərimə xalları pilotu üçüncü pilləyə endirib.
Belə olan halda yarışın qalibi "İnvista Racing"dən Rafael Kamara olub.
İkinci pilləni isə "Campos Racing"dən Nikola Tsolov tutub.
Qeyd edək ki, "Formula 1"də əsas yarış bu gün saat 15:00-da start götürəcək.
- Azərbaycan yanğın və xilasetmə idmanı üzrə dünya çempionatlarına ev sahibliyi edəcək
- Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
- Azərbaycan millisi Asiya Kubokunda iki medal qazanıb
- “Kadillak”da yeni müqavilə - RƏSMİ
- Yığmamız Asiya Kubokunun II mərhələsində iştirak edəcək
0
0