Azərbaycan bədii gimnastları Dünya Kubokunda iştirak edəcəklər
10.07.2024 - 20:24
Azərbaycan bədii gimnastları iyulun 12-14-də Rumıniyanın Kluj-Napoka şəhərində keçiriləcək “Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, yarışın mükafatları uğrunda Zöhrə Ağamirova və İlona Zeynalova mübarizə aparacaq.
Onlar məşqçilər Kamil Quliyev və Akif Kərimlinin rəhbərliyi altında güclərini sınayacaqlar.
Səbinə Hacıyeva Azərbaycanı hakim qismində təmsil edəcək.
- Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar
- Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
- Gimnastlarımızdan Dünya kubokunda qızıl medal
- Bu gün batut və tamblinq üzrə ölkə çempionatı start götürəcək
- Azərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazanıblar
0
0