Azərbaycanın "Gimnastika hamı üçün" növü üzrə məşqçiləri Ayna Məmmədova və Alfiya Mantova Estoniyanın paytaxtı Tallin şəhərində təşkil olunan Avropa Gimnastikasının ənənəvi tədbiri – "4th Educational Long Weekend"ə qatılıb.
Apasport.az xəbər verir ki, təlimlər zamanı müxtəlif Avropa ölkələrindən olan mütəxəssislər "Gimnastika hamı üçün" istiqamətində təcrübə mübadiləsi aparıb, seminar və praktiki məşğələlərdə iştirak ediblər.
İştirakçılara bu sahədə yeni metodlar, inklüziv yanaşmalar, həmçinin kütləvi gimnastikanın inkişafı üçün tətbiq edilə biləcək nümunəvi proqramlar təqdim olunub.
Tədbir çərçivəsində nümayəndələr beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də gimnastikanın sağlam həyat tərzi və geniş kütlələr arasında populyarlaşdırılması ilə bağlı müzakirələr aparıblar.
Azərbaycan nümayəndə heyəti də həm nəzəri, həm də praktiki sessiyalarda fəal iştirak edərək təcrübələrini bölüşüb.
Qeyd edək ki, 15 ölkədən 33 iştirakçı yer aldığı tədbirdə Avropa Gimnastikasının Texniki Komitəsinin üzvü, Avropadakı milli nümayəndə Ruslan Eyvazov da iştirak edib.
- Bu gün batut və tamblinq üzrə ölkə çempionatı start götürəcək
- Azərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazanıblar
- Azərbaycanın akrobatika gimnastları Bakıda keçirilən Dünya Kubokunun qalibi olublar
- Dünya kubokunda final: Gimnastlarımız üçün medal şansı
- Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb