Bədii gimnastika üzrə Bakı çempionatı start götürüb
28.11.2025 - 16:34
Bədii gimnastika üzrə 30-cu Bakı çempionatı start götürüb.
Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan turnirdə 6 idman klubundan 130-a yaxın gimnast iştirak edir. İdmançılar balacalar, yeniyetmələr, gənclər yaş kateqoriyaları üzrə top, lent, gürzlər və halqa ilə proqramlarda bacarıqlarını nümayiş etdirirlər.
İlk mükafatçılar noyabrın 29-da bəlli olacaq. Yarışa noyabrın 30-da yekun vurulacaq.
- İki gimnastımız Dünya Kubokunun finalında
- Azərbaycan gimnastları Dünya Kubokunda daha iki medal qazanıblar
- Gimnastlarımız mübarizəyə başlayıblar
- Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - FOTO
- Bakıda aerobika və akrobatika gimnastikası üzrə çempionatlar keçiriləcək
0
0