Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışları davam edir.
Apasport.az xəbər verir ki, bu gün bədii gimnastika üzrə qrup hərəkətləri komandalarının təsnifat mərhələsi start götürüb.
Mərhələnin ilk hissəsində Azərbaycan gimnastları da öz bacarıqlarını nümayiş etdirib. Qızlarımız ilk olaraq halqalarla bacarıqlarını sərgiləyib. Çıxışımız 33,850 xalla qiymətləndirilib. İlk cəhdlərdən sonra gimnastlarımız 7-ci pillədə qərarlaşıb.
İkinci cəhddə qızlar lent və topla bacarıqlarını göstəriblər. Onların çıxışı 28,150 xalla qiymətləndirilib. Yekunda 8-ci pillədə qərarlaşan komandamız final mərhələsinə yüksəlib.
Komandamız Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan təşkil olunub.
Qeyd edək ki, çıxışların sonunda ilk 8 yeri tutmuş komanda sabah keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
***
12:14
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışları davam edir.
Apasport.az xəbər verir ki, bu gün bədii gimnastika üzrə qrup hərəkətləri komandalarının təsnifat mərhələsi start götürüb.
Mərhələnin ilk hissəsində Azərbaycan gimnastları da öz bacarıqlarını nümayiş etdirib. Qızlarımız ilk olaraq halqalarla bacarıqlarını sərgiləyib. Çıxışımız 33.850 xalla qiymətləndirilib. İlk cəhdlərdən sonra gimnastlarımız 7-ci pillədə qərarlaşıb.
Komandamız Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan təşkil olunub.
Qeyd edək ki, çıxışların sonunda ilk 8 yeri tutmuş komanda sabah keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.
- Bu gün batut və tamblinq üzrə ölkə çempionatı start götürəcək
- Azərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazanıblar
- Azərbaycanın akrobatika gimnastları Bakıda keçirilən Dünya Kubokunun qalibi olublar
- Dünya kubokunda final: Gimnastlarımız üçün medal şansı
- Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb