Azərbaycan idman gimnastları Belarusun Mogilyov şəhərində keçirilmiş Açıq Kubok turnirində 7 medal qazanıblar.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti açıqlayıb.
Yarışda ölkəmizi 8 idmançı təmsil edib.
Komandanın heyətinə daxil olan gimnastlarımız - Rəsul Əhmədzadə, Dəniz Əliyeva, Nazənin Teymurova, Aytən Məmmədova, Leyla Məmmədzadə, Albina Əliyeva, Aynaz Məcidzadə və Xədicə Abbaszadə mübarizə aparıblar.
Onlardan Albina Əliyeva qızıl (dayaqlı tullanma - 13.483 xal), Rəsul Əhmədzadə gümüş (sərbəst hərəkətlər - 13.050 xal) və iki bürünc (dəstəli at - 13.000 xal, paralel qollar - 12.875 xal), Dəniz Əliyeva gümüş (dayaqlı tullanma - 12.733 xal) və bürünc (sərbəst hərəkətlər - 11.733 xal), Leyla Məmmədzadə bürünc medal (dayaqlı tullanma - 12.883 xal) əldə edib.
- Dünya kubokunda final: Gimnastlarımız üçün medal şansı
- Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb
- Gimnastlarımız Avropa çempionatında iştirak edib
- Dünya Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib
- Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək