Siyana Vasileva məşqçi kursları təşkil edəcək
20.05.2024 - 20:56
Avropa gimnastikasının (EG) texniki komitəsi oktyabrın 11-14-də Kiprin Larnaka şəhərində məşqçi kursları təşkil edəcək.
Apasport.az xəbər verir ki, tədbirdəki ekspertlərdən biri Azərbaycan millisinin məşqçisi, beynəlxalq gimnastika federasiyasının (FIG) atletlər komissiyasında yer alan Siyana Vasileva olacaq.
Larnakada hakimlər üçün də seminar baş tutacaq. FIG-in texniki komitəsinin üzvü, Azərbaycan gimnastika federasiyasının idman direktoru Natalya Bulanova bu seminara dəvət alan ekspertlər sırasındadır.
- Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib
- Bədii gimnastika üzrə Bakı çempionatı start götürüb
- Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu olub
- Gəncədə Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir - FOTO
- Gəncədə Avropa çempionatının açılış mərasimi keçirilib
0
0