Bu gün yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Mərasimin rəsmi hissəsində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, Dünya Güləş Birliyinin (UWW) Büro üzvü, Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Əliyev, eləcə də federasiyanın baş katibi Pərvin Piriyev çıxış edib. Çıxışlar zamanı ölkə çempionatının hər bir güləşçi üçün mühüm mərhələ olduğu vurğulanıb, güləşin inkişafı istiqamətində görülən işlərdən bəhs edilib, sonda yarış iştirakçılarına uğurlar arzulanıb.
Açılışın rəsmi hissəsindən sonra maraqlı şou və rəqslərin göstərildiyi bədii hissə təqdim edilib. Bununla da açılış mərasimi yekunlaşıb.
Tədbirdən sonra karyeralarını başa vurmuş tanınmış güləşçilərimiz – Hacı Əliyev, Rafiq Hüseynov, Mariya Stadnik, Rəsul Çunayev və Taleh Məmmədov Olimpiya çempionları, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov tərəfindən təltif olunublar.
Yarışın axşam seansında çempionatın final görüşləri keçirilib.
- Ölkə çempionatı: Sərbəst güləşdə 5 çəkidə qaliblər müəyyənləşdi
- Ölkə çempionatında yunan-Roma güləşi üzrə yarışlar başa çatıb
- Sərbəst güləş üzrə ölkə çempionatının ilk finalçıları müəyyənləşib
- Yunan-Roma güləşi üzrə 5 çəkidə ölkə çempionları müəyyənləşib - FOTO
- Güləş üzrə ölkə çempionatında ikinci günün finalçıları müəyyənləşib