Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının II mərhələsində iki medal qazanıblar
01.06.2026 - 15:32
Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının II mərhələsində iki medal qazanıblar

Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyanın Poreç şəhərində keçirilən Dünya Seriyasının II mərhələsində iki medal qazanıblar.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

80 kq-da Sahib Dadaşov gümüş, Vüsal Əliyev isə bürünc medal qazanıb.

İslam İlyasov (+90 kq) dördüncü, Əşrəf Aşırov (90 kq) beşinci, Rübail İbrahimli (70 kq) isə doqquzuncu yeri tutub.

Yarışda I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.