DÇ: Millimiz medal sayını 5-ə çatdırıb
29.07.2026 - 18:33
DÇ: Millimiz medal sayını 5-ə çatdırıb

Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazanıb.

Apasport.az xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan güləşçi finalda Özbəkistan təmsilçisi Bunyod Həsənova məğlub olaraq gümüş medal qazanıb.

Bununla da Azərbaycan millisinin mundialdakı medal sayı 5-ə çatıb.

Daha əvvəl Əli Cavadlı (45 kq), İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medala sahib olublar.