DÇ U17: Güləşçimiz ilk döyüşündə məğlub oldu
31.07.2026 - 11:16
DÇ U17: Güləşçimiz ilk döyüşündə məğlub oldu

Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi Rəşid Nəzərov mübarizəyə məğlubiyyətlə başlayıb.

Apasport.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançı təsnifat mərhələsində Ermənistan təmsilçisi Erik Papikyana 1:9 hesabı ilə uduzaraq yarışla erkən vidalaşıb.

Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.

Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.