Dörd çimərlik güləşçimiz Batumidə Dünya Seriyasına uğurla start verib
20.06.2026 - 14:12
Dörd çimərlik güləşçimiz Batumidə Dünya Seriyasına uğurla start verib

Azərbaycanın altı çimərlik güləşçisi Gürcüstanın Batumi şəhərində keçirilən böyüklər arasında Dünya Seriyasının üçüncü mərhələsində iştirak edir.

Apasport.az xəbər verir ki, təmsilçimiz İlqar Nəzərli 90 kq çəki dərəcəsində nokaut mərhələsində yunanıstanlı Yorqos Tsaknakisə 1:2 hesabı ilə məğlub olub.

Digər çimərlik güləşçimiz Vüsal Əliyev 80 kq A qrupunda ilk turda serbiyalı Milyan Rayiçi 3:0 hesabı ilə məğlub edib. Sahib Dadaşov 80 kq B qrupunda ilk görüşdə fransalı Huqo Xose Fabyen Küenonu 2:0 hesabı ilə üstələyib.

İslam İlyasov +90 kq B qrupunda ilk turda gürcüstanlı Tedore Ebanoidzeyə 0:1 hesabı ilə uduzub.

Rübail İbrahimli 70 kq B qrupunda Puerto Rikolu Tayler Devid Noksanı 4:0 hesabı ilə məğlub edib.

Əşrəf Aşırov 90 kq B qrupunda yunanıstanlı Yorqios Tsaknakisi 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, yarış iyunun 21-də başa çatacaq.