
Türkiyəli güləşçi Rıza Kayaalp 4 illik diskvalifikasiya olunub.
Apasport.az xəbər verir ki, buna qanında tapılan qadağan olunmuş maddə səbəb olub.
36 yaşlı həm dünya, həm Avropa çempionu olan güləşçi cəzası ilə bağlı bunları söyləyib:
"Mən artıq güləşi buraxmış idmançıyam. Düşərgədə zədələnəndə ağrılarımı azaltmaq üçün istifadə etdiyim bir dərman idi. Həkimimin mənə yazdığı şifahi və yazılı reseptə uyğun olaraq müalicəmi davam etdirmişəm. Bu səbəblə, Dünya Güləş Birliyi tərəfindən yarışlara qatılmam keçici olaraq qadağan edilmişdi. İdmançı karyeram bu cür çirkin ifadələrə məruz qaldığı üçün hüquqi addımlar atacağıq".
Qeyd edək ki, Kayaalp "orqanizmə əlavə enerji verən maddələrdən istifadə etdiyi" aşkar edildiyi üçün müvəqqəti olaraq idman yarışlarından uzaqlaşdırılıb. Bu səbəbdən Kayaalp Paris Olimpiadasında iştirak edə bilməyib.
- Millimizin Avropa çempionatı üçün heyəti bəlli oldu
- Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub
- Azərbaycan çempionatında güləşçi final görüşünə Rusiya bayrağı olan triko ilə çıxıb
- Yunan-Roma güləşçilərinin Azərbaycan çempionatına yekun vurulub
- Sərbəst güləşçilərin Azərbaycan çempionatına yekun vurulub