Əli Cavadlı dünya çempionatının gümüş medalçısı olub
29.07.2026 - 18:17
Əli Cavadlı dünya çempionatının gümüş medalçısı olub

Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazanıb.

Apasport.az xəbər verir ki, 45 kq çəki dərəcəsində çıxış edən güləşçi final görüşündə ABŞ təmsilçisi Raylen Vaksa məğlub olaraq gümüş medal qazanıb.

Bununla da Azərbaycan millisinin mundialdakı medal sayını 4-ə çatdırıb.

Daha əvvəl İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medala sahib çıxıblar.